“Koronavirusa görə şam yandırıb balkona çıxaq” -Deputatdan təklif

"Təklif edirəm ki, Novruz bayramında koronavirusa görə eyni anda şamlar yandırıb balkona çıxsınlar". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Rəşad Mahmudov deyib. Deputat koronavirusa qarşı mübarizə aparan İtaliya xalqının bu günlərdə necə pozitiv olduğunu da diqqətə çatdırıb. Deputat bildirib ki, Novruz bayramında eyni anda insanların şamları yandırması ümummilli məsələlərdə həmrəyliyə gətirib çıxarar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31