Azərbaycanda davamlı turizm fəaliyyətinin təşkili imkanları araşdırılır

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanda davamlı turizm fəaliyyətinin təşkili və kənd turizminin potensial imkanları araşdırılır.

Olaylar.az bildirir ki, ilkin mərhələdə kənd turizminin resurs bazası və ondan istifadə perspektivləri tədqiq olunub. Bununla yanaşı, kənd turizminin inkişaf etdirilməsində xarici təcrübə öyrənilib. Aparılan tədqiqatlar əsasında ilkin nəticələr əldə edilib. Məlum olub ki, Quba və Qusar inzibati rayonlarının dağ kəndləri təbii zənginliyinə görə turizm üçün yaxşı təmin olunmuş ərazilər hesab edilir. Bu rayonların Xınalıq, Buduq, Qırızdəhnə, Haput, Cek, Kuzun və Laza dağ kəndləri həm təbiəti, həm də etnik mənşəyi ilə turistlərin diqqətini cəlb edir. Bölgədə dini, etnoqrafik, ekoloji, macəra, ekstremal turizm növlərini inkişaf etdirmək üçün böyük potensial imkanlar var. Turizmin inkişafı yerli əhalinin iş yerləri ilə təmin olunmasına da kömək edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31