Türkiyədən bu gün qayıdacaq azərbaycanlılar üçün uçuş vaxtı açıqlandı
17 Mart 2020 09:31 SosialKoronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərlə bağlı növbəti çarter reys həyata keçiriləcək.
Türk Hava Yollarından Publika.az-a verilən məlumata görə, Bakıya olan uçuşa yalnız Azərbaycan vətəndaşları, İstanbul şəhərinə nəzərdə tutulan uçuşa isə Türkiyə vətəndaşları qəbul ediləcək.
TK 68 90-91:
İSTANBUL -GYD -11:00 (Yerli vaxtla) sadəcə Azərbaycan vətəndaşları
GYD - İSTANBUL - 15:50 (Yerli vaxtla) sadəcə Türkiyə vətəndaşları
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31