Elm və təhsil komitəsi ilk iclasını keçirib

Martın 16-da VI çağırış Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclası keçirilib.

Martın 16-da VI çağırış Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclası keçirilib."Olaylar" xəbər verir ki, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitə üzvlərini təbrik etdi, Azərbaycan Prezidenti İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında verdiyi tövsiyələrin yerinə yetirilməsində  deputatlara uğurlar arzulayıb. Sonra 7 məsələdən ibarət gündəliyin müzakirəsinə başlanıb. Öncə komitə sədri gündəlikdəki 4 qanun layihəsini ayrı-ayrılıqda ətraflı şərh edib. Birinci oxunuşda müzakirəyə təqdim olunmuş "Sərhəd mühafizə orqanları haqqında", "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişiklik edilməsi, "Elm haqqında" qanunda dəyişiklik edilməsi,  "Təhsil haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi, "Elm haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin  əsasən uyğunlaşdırma xarakteri daşıdığı bildirilib. Müzakirələrdən sonra qanu layihələri birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

İclasda həmçinin V çağırış Milli Məclisin Elm və təhsil komitəsinin 2019-cu ilin payız sessiyasında fəaliyyəti haqqında hesabat dinlənilib. Bildirilib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 13 məsələyə baxılıb. Deputatlar çox məhsuldar fəaliyyət göstəriblər.Komitənin 2020-ci ilin yaz sessiyasına dair iş planı da yekdilliklə təsdiqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31