Parlamentdə koronavirusla mübarizə məsələsi müzakirə olunur
Martın 16-da Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin qapalı iclası keçirilib.
16 Mart 2020 16:23 SosialMartın 16-da Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin qapalı iclası keçirilib. "Olaylar"ın əldə etdiyi məlumata görə, iclasda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deputatlara koronavirus təhlükəsi ilə bağlı ölkədə vəziyyət barədə məlumat verib. Ardınca koronavirus (COVID-19) infeksiyası ilə mübarizə və onun yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud durum, eləcə də yaxın günlərdə görüləcək tədbirlər müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31