Miqrasiya Xidmətinin Çağrı Mərkəzinə 8177 zəng daxil olub

Miqrasiya Xidmətinin Çağrı Mərkəzinə 8177 zəng daxil olub

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin fevral ayı ərzində daxil olmuş zənglərin statistikası açıqlanıb. Xidmətdən "OLAYLAR"-a bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin fevral ayı ərzində 8177 zəng daxil olub. Onlardan 7376-sı Azərbaycan, 566-sı rus, 235-i isə ingilis dilində cavablandırılıb.  Qəbul edilən zənglərin 2610-u müvəqqəti yaşama icazəsi, 988-i vətəndaşlıq məsələləri, 555-i olduğu yer üzrə qeydiyyat, 425-i daimi yaşama icazəsi, 400-ü iş icazələri, 312-si inzibati xəta, 2887-si digər məsələlər ilə əlaqədar olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31