Komitə sədri: “Bəzi teleaparıcılar ölkənin balaca səhiyyə naziri olublar”
Komitə sədri: “Bəzi teleaparıcılar ölkənin balaca səhiyyə naziri olublar”
16 Mart 2020 15:16 Sosial"Bəzi özəl televiziyalarda şou proqramlara yenidən baxılmalıdır. Çünki bəzi aparıcılar sanki ölkənin balaca səhiyyə naziri olublar". "Olaylar" ın məlumatına görə, bunu Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında deyib. Deputat bildirib ki, aparıcılar bəzi həkimləri reklam edərək onun bir nömrəli həkim olduğunu vurğulayırlar: "Guya bu həkimdən yoxdur. Yanına getsəniz sizi sağaldacaq. Hesab edirəm ki, bu məsələyə qanunla baxılmalıdır. Bunun üçün "Reklam haqqında" qanuna baxılmalıdır. Yaxşı həkimin reklama ehtiyacı yoxdur. Bunu edənə tənqidi baxmaq lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31