AMEA Mikrobiologiya İnstitutunda dezinfeksiya işləri aparılıb

AMEA Mikrobiologiya İnstitutunda dezinfeksiya işləri aparılıb

Azərbaycanda koronavirusa qarşı aparılan dezinfeksiya tədbirləri çərçivəsində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq AMEA Mikrobiologiya İnstitutunda  dezinfeksiya işləri aparılıb.

Olaylar.az bildirir ki, elmi müəssisənin laboratoriya otaqları, konfrans zalı, kitabxana və dəhliz dezinfeksiya olunub və bu işlər mutəmdi olaraq təkrar olunması nəzərdə tutulur.

İnstitutda əməkdaşlara mikrobioloq alimlər tərəfindən  koronavirusun yaratdığı fəsadlar və ondan qorunma yolları haqqında maarifləndirici məlumatlar verilib.  Eyni zamanda, işçilərə virusdan qorunmaq üçün gigiyenik qaydalara əməl etmələri tövsiyyə olunub.İnstitutun iş rejimində təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiq edilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31