Afaq Aslan: "Turan İbrahimovla bu mövzuda həmfikirik"
16 Mart 2020 14:00 SosialMüğənni Afaq Aslan koronavirus mövzusunda aparıcı Turan İbrahimov ilə həmfikir olduğunu bildirib.
Müğənni bu barədə şəxsi instaqram hesabında paylaşım edib:
"Dünyaya səs salan və bütün dünya ölkələrinin iqtisadiyyatını sıfıra endirən koronavirus şousuyla bağlı mənimlə həmfikir olan insanlar az deyilmiş".
Qeyd edək ki, aparıcı Turan İbrahim koronavirusla bağlı sözlərini belə ifadə etmişdi:
"Sizcə bu koronavirus Çinlə sərhəddi olan, əhali sıxlığı və anti-sanitariyası dilər əzbəri olan Hindistanda niyə yayılmır? Əfqanıstanda, Pakistanda, Banqladeşdə, Çinin cənub- şərqi olan, ilan-qurbağa yeyən Laosda, Vyetnamda, Kambocada, Taylantda niyə yayılmır? Bu ölkələrin üzərindən hoppanıb İrana, İtaliyaya və s. keçir?"

Sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31