Ünvanlı sosial yardımın məbləği artırılır

Martın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Martın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda millət vəkili, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, ünvanlı sosial yardımın verilməsi proseduru  və ünvanlı sosial yardımın həcminin genişləndirilməsi məsələsinə baxılacaq. Komitə sədri əlavə edib ki, dövlət başçısı parlamentdə çıxışında bu məsələni qeyd edib və qanunverici orqanda da müvafiq qaydada bu məsələyə baxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31