Sabahdan Bakıdan bəzi şəhərlərə uçuşlar dayandırılır - Operativ qərargah

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVİD-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğunu nəzərə alaraq, COVİD-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən "Azərbaycan Hava Yolları"-nın Bakı - Paris - Bakı, Bakı - Berlin - Bakı, Bakı - Nursultan - Bakı, Bakı - Aktau - Bakı, Bakı - Alma - Ata - Bakı istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır.

Trend-in məlmatına görə, Operativ Qərargahın 12 mart 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının səfirlik və baş konsulluqları tərəfindən ölkəyə giriş vizalarının rəsmiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış əsasda veriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31