Fərd olaraq özümüzü qorumalıyıq!- VAQİF QARAYEV
14 Mart 2020 15:56 Sosial·
COVİD-19 dünya üzrə...
yoluxma-145.000
ölü sayı-5.429
sağalanlar-71.600
Dünyanı bəlaya salan ÇİN virusla vidalaşmaq üzrədi...İtaliya, İran, C.Koreya təhlükəli ölkələr sırasındadır...ABŞ-da da vəziyyəti rahat hesab etmək olmaz...
Gələk özümüzə))) sərhəddi bağladıq, dərsləri dayandırdıq, xüsusi rejim tətbiq elədik...Bu tədbirlərin hamısını alqışlamaq lazımdır! Qorunmaq üçün vacib tədbirlərdi....həm DST-nın tələbidir...
Narazıyıq yenə...Corona iqtidar-müxalifət-bitərəf, yazar, həkim,müəllim, pinəçi tanımır.....konstruktivlik və radikallığı da vecinə almır...razı, narazı onun tükünü də tərpətmir....yoluxdurduğunu yoluxdurur, öldürdüyünü də öldürür...qərəzi boş verin...insanları boşuna panikaya salmayın....birlikdə, elliklə qurtulmalıyıq bu bəladan! bir sualım olacaq narazılara- bu vəziyyətdə siz neyniyərdiz? Fərqli radikal tədbiriniz olardı? Tutaq ki, sizi DST-yə rəhbər, ya da ekspert təyin elədilər, nə təklifiniz olardı? Dünyadan ağıllısız?
Qarşıdakında günah axtarmaqdansa fərd olaraq özümüzü qorumalıyıq! Qorunma vasitələrini də hamı bilir!