“Tətbiq olan qaydalar dövlətin insan və vətəndaşlara olan qayğısından irəli gəlir” – Şərh
14 Mart 2020 15:01 Sosial"Qlobal təhlükə xarakteri almış virus ölkəmizə üz tutmaqdadır. Lakin dünyanın aparıcı ölkələrində bir çox insanın ölümünə səbəb olan virusa vaksin tapılmamaqdadır. Virusa qarşı yanlız qapaqlayıcı tədbirlər, dezinfeksiya işlərinin aparılması tətbiq edilir. Ölkəmizdə ciddi tədbirlər görülməkdədir. Hətta qabaqlayıcı tədbirlərin vaxtı daha uzun zaman çəkə bilər. Nəzər yetirsək ki, virus daha çox ünsiyyət vasitəsilə yoluxucudur, buna görə insanların daha aktiv və sıx olduqları məkanların fəaliyyəti qısa müddətə dayandırılmalıdır. İş yerlərində vaxtından və məsuliyyətdən əlavə ezamiyyətlər açılmalıdır".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.
O bildirib ki, izolyasiya tipli tədbirlərin həyata keçirilməsində əsas məqsəd qapalı və sıx məkanlarda insanların fəaliyyətini məhdudlaşdırmaqdır: "Buda məqsədəuyğun hesab edilməlidir. Hətta qeyd etmək istəyirəm ki, virus qlobal hadisə olaraq tam şəkil öz həllini tapmayınca tədbirlər davam etdirilməlidir. Bu tədbirlərdə universitet və məktəblərin bağlanmasına baxmayaq, aşağı siniflər üçün tele-dərslər həyata keçirilir. Eləcə də, təlim və tədris prosesləri də öz fəaliyyətini dayandırmışdır. Güman edirəm ki, bu hadisənin daha da uzadılması, gənc nəsl üçün heç problemin yaradılmaması vaciblik təşkil edir. Bu kimi hallar, dövlətin insan və vətəndaşlara olan qayğısından irəli gəlir".
Ekspert qeyd edib ki, tədbirlər sayəsində virus ölkəmiz üçün ciddi fəsadlar törətməyəcəkdir: " Ölkədə səhiyyənin ciddi maliyyəsi mövcuddur və virusa üarşı həyata keçiriələcək tədbirlər üçün dövlət tərəfindən əlavə maliyyə də ayrılmışdır. Virusun ən əsas problemi xəstəlik olduğu zaman həkimə gec müraciət etməkdir. Vətəndaşlar eləcə də, tez tez həkim və səhiyyə işçilərinə müraciət etməli, dizinfeksiya işlərinə diqüət etməlidirlər".