Pərvin Abıyeva ölkəni TƏRK ETDİ - FOTO
13 Mart 2020 18:33 SosialSon aylarda şəxsi həyatında yaşadığı xoşagəlməz olaylarla gündəm olan aktrisa Pərvin Abıyeva İstanbula qayıdıb.
İstanbula köçən ulduz idman zalından yeni fotolarını paylaşıb. Top geyinən Pərvin güzgüdə qarın əzələlərini nümayiş etdirib.
Sevgilisinin qardaşının Kiyevdə vəfatından sonra çətin günlər yaşayan aktrisa hekayə bölümündə isə paylaşdığı sitatı ilə diqqət çəkib. O, yazıçı Erix Mariya Remarkın "İnsan 3 gün ərzində sənə yaxın ola bilər. Amma illərlə yanında yaşayan biri sevdiyin rəngi belə bilməz" fikrini paylaşıb.

Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31