Yay aylarında koronavirusun azalacağı iddiaları... - Karolin Braun
13 Mart 2020 18:13 Sosial"Yay aylarında virusun yayılması hallarının səngiməsi ilə bağlı demək istəyirəm ki, hazırda Çində yoluxma faizi azalır. Lakin orada yeni faktların aşkarlanmaması üçün qabaqlayıcı tədbirlər bu gün də davam etdirilir".
Bunu Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi, missiyanın rəhbəri Karolin Braun deyib.
Onun sözlərinə görə, Azərbaycanda yaya qədər virusun yayılması göstəricisinin azalmasını indidən demək çətindir: "Əsas odur ki, virusdan qorunmaq üçün lazımi qabaqlayıcı addımlar vaxtında atılsın".
Mütəxəssis bildirib ki, virusu xüsusi laboratoriyalarda nəzərdə tutulan testlərə yoxlamaq mütləqdir: "Ekspres testlərin hazırlanması istiqamətində işlər gedir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31