"Koronavirusla bağlı 1 həftə ərzində..." - Hande Harmancı

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı koronavirusla bağlı keçirilən mətbuat konfransında ötən həftənin bazar günü Azərbaycan hökumətinin dəvəti ilə gələn 6 nəfərlik ekspert qrupunun bu gün ölkəmizdən gedəcəyini açıqlayıb.

O, daha əvvəl buna oxşar tədbirlərin İtaliyada keçirildiyini deyib:

"Heyətin geniş hesabatı 1 həftə ərzində Azərbaycan hökumətinə təqdim ediləcək".

Hande Harmancının sözlərinə görə, bir çox xəstəxanada həkimlərlə görüş keçirilib:

"Onların bu işi əzmlə, vətənpərvərliklə görməsi bizi ruhlandırdı. Ağciyər İnstitutunda qarşılanmağımız, oradakı şərait bizi qürurlandırdı".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31