Koronavirusa görə karantinə alınan tələbə qız: "Baş həkim öz nömrəsini bizə verdi"

Son günlər bütün dünyanı vahiməyə salan koronavirus həyəcanı bizim ölkədə də insanları narahat edir. Ölkə xaricindən gələn hər kəsin yoxlanılması və şübhə yaratdığı halda karantinə alınması bu virusa qarşı olunan ciddi tədbirlərdəndir. Çoxları karantinə alınmağı bu virusa yoluxmaqdan daha ağır bir məsələ kimi qarşılayırlar.

Hazırda karantində olan gənc tələbə Şəhla Məmmədzadənin bura haqqında olan fikirləri bir çoxlarında karantinlə bağlı olan qorxunu aradan qaldırıb.

Şəhla Məmmədzadə İtaliyada 1 illik təhsilinə görə müvəqqəti olaraq yaşayıb. İtaliyadakı vəziyyət və Azərbaycanda buna olan reaksiya haqqında danışan tələbə Azərbaycana gələrkən yol boyunca koronavirusa qarşı proflaktiv tədbir olaraq onların tez-tez yoxlanıldıqlarını bildirib:

"Biz 9 mart saat 12:55-də yola düşərək Romadan Kiyevə və oradan da Bakıya gəldik. Yolda tez-tez temperaturumuz ölçülür və bizə tibbi müdaxilələr olunurdu. Bakıya çatanda isə təyyarədən düşməzdən öncə hər kəsdən hardan gəldikləri və harada qalacaqlarına dair məlumatlar götürüldü. Təyyarədən düşdükdən sonra da yoxlamalar davam etdi və yenidən bizim sağlamlığımızda hər hansı təhlükənin olub-olmaması öyrənildi. Daha sonra bizi maşınlara mindirib yola düşdülər. Bütün bu müddət ərzində hara aparmaları, nə baş verməsi ilə bağlı heç bir söz demədilər. Təbii olaraq biz də narahat idik. Bizi Qobustan Mərkəzi xəstəxanasına gətirdilər. Bundan sonra bildik ki, bizi 14 gün ərzində karantində saxlayacaqlar. Burada bizi çox yaxşı qarşıladılar və yüksək xidmət göstərdilər. Hər şey çox yaxşıdır. Bütün heyyət gülərüzdür. Baş həkim bura gələrək öz şəxsi nömrəsini bizə verdi. Nəyə ehtiyacımızın olub-olmaması ilə maraqlandı. Bizdən analizlər alındı və söz verdilər ki, çalışacağıq 14 gündən çox qalmayasınız. Hətta tez olsun. Burada şərait çox yaxşıdır. Ehtiyacımız olan hər şeylə təmin olunuruq. Diş fırçasından dəsmala qədər hər şey verilir. Gündə üç dəfə ev yeməkləri verilir. Valideynlərimizin bizimlə əlaqə qurması və bizim onlara onların da bizə lazım olan şeyləri göndərməsi üçün Qobusdanda Bakıya gün ərzində iki dəfə avtobus gedib gəlir. Bu dəqiqə karantindən çox razıyıq. Əvvəl gələndə olan bütün narahatlıq itib gedib. İndi biz analizlərin cavablarını gözləyirik".

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31