Kosmetik məhsulları avtomobildə gizlədərək keçirməyə cəhd etdi
13 Mart 2020 15:58 SosialŞimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Ford Fusion" markalı avtomobil saxlanılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön və arxa oturacaqlarının alt hissəsində, yük yerinin sol tərəfindəki boşluqda vəsalonun nəfəslik hissəsində gömrük nəzarətindən gizlədilən 708 ədəd müxtəlif adda kosmetik məhsullar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31