İlahiyyat İnstitutunun prorektorunun kitabı nəşr olunub
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalovun “İslam iqtisadiyyatı” adlı dərsliyi nəşr olunub
13 Mart 2020 14:26 SosialAzərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalovun "İslam iqtisadiyyatı" adlı dərsliyi nəşr olunub. "OLAYLAR" -a təhsil ocağından bildirilib ki, beş fəsildən ibarət olan "İslam iqtisadiyyatı" dərsliyi İslamın iqtisadi məsələlərə, xüsusilə müasir dövrdə aktual olan problemlərə münasibəti haqqındadır. Kitab İslam iqtisadiyyatının əsas prinsipləri, Mali ibadətlər, Miras hüququ, Müasir məsələlər və Əlavələr bölmələrini əhatə edir.
Qeyd edək ki, kitab ilahiyyat sahəsində təhsil alan tələbələr üçün nəzərdə tutulub.