Keçmiş məhkumun avtomobilində 5 kq marixuana aşkar edilib

Keçmiş məhkunun avtomobilində 5 kq marixuana aşkar edilib

Lökbatan qəsəbə sakinindən narkotik vasitələr aşkar edilərək götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Nəcəfovdan 50 qramdan artıq tiryək, 13 qramdan artıq metamfetamin və metadon, "Nissan" markalı avtomobilindən isə 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31