Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
12 Mart 2020 16:10 SosialQaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, martın 11-də saat 20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini X.Seyfullayev idarə etdiyi "KamAZ" markalı avtomobili yolun kənarında dayanmış "QAZ-33022" markalı avtomobilə vurmuş, sonuncu avtomobil hərəkətə gəldiyindən onun qarşısında dayanmış sürücü, Bakı şəhər sakini Sərvər Tağıyevə dəymişdir. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Tağıyev orada ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31