Şəmkirdə oğurluqla məşğul olan dəstə ifşa edilib

Şəmkirdə oğurluqla məşğul olan dəstə ifşa edilib

Şəmkirdə  oğurlamaqda şübhəli bilinən dəstə saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 6000 manat dəyərində təmir-tikinti alətlərini oğurlamaqda şübhəli bilinən Şiştəpə kənd sakinləri Q.Abdullayev, əvəllər məhkum olunmuşlar - N.Xəlilov və R.Əliyev saxlanılmışlar.Şəxsi axtarış zamanı N.Xəlilovdan 24 qramdan artıq, Şiştəpə kəndi ərazisində yerləşən qəbiristanlıqda gizlətdiyi 2 kiloqramdan çox marixuana aşkar edilərək götürülmüşdür.  R.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Sabirkənd kəndi ərazisində quraşdırılmış "Azercell Telekom" MMC-yə məxsus radio-baza stansiyasından 60 metr elektrik naqilini kəsərək oğurlaması da müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31