Soyğunçuluqla məşğul olan keçmiş məhkumlar saxlanıblar
11 Mart 2020 16:13 SosialSoyğunçuluqda şübhəli bilinən Ağdaş rayon sakini tutulub. DİN-dən "Olaylar"a bildirilib ki, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Babayevanın içərisində 630 manat pulu, mobil telefonu, şəxsiyyət vəsiqəsi və təqaüd kartı olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş E.Qədirov və Xocalı rayon sakini T.Paşayev saxlanılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31