Nazir müavinlər vətəndaş qəbulu keçirəcəklər
Nazir müavini Elsevər Ağayev Şəmkir rayon sakinlərini martın 13-ü Mərkəzi Rayon Xəstəxanasında qəbul edəcək.
11 Mart 2020 16:10 SosialNazir müavini Elsevər Ağayev Şəmkir rayon sakinlərini martın 13-ü Mərkəzi Rayon Xəstəxanasında qəbul edəcək. Səhiyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nazir müavini Rahim Əliyev isə Samux rayon sakinlərini martın 13-ü Mərkəzi Rayon Xəstəxanasında qəbul edəcək.Vətəndaşların qəbulu səhər saat 11:00-da başlayacaq. Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir müavinləri tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31