Hippilərdən gələn Bohem stili nədir? – Ədviyyat rəngləri və naxışlar...

"Bohemian" kəlməsi hippilərdən gəlir. Bohem geyim tərzi 1960-cı illərin və 1970-ci illərdə ortaya çıxan həyat tərzinin formalaşması deməkdir. Bohem tərzinin ruhu azadlıq və sərbəstlikdir. Əslində isə geyimə  çox pul xərcləməyən insanların daha az büdcələrlə bir stil yaratması deməkdir.

Olaylar.az bildirir ki, bohem stilinin əsas detallarına nəzər salaq.

Ədviyyat rəngləri - Ədviyyat rəngləri və naxışlar bohem tərzinin əsas üslubunu ifadə edən termindir. Bohem stilinin əsas naxışları: şal, çiçək, etnik, tribal və suzani naxışlar siyahıda yer alır.

Maksi donlar - Uzun yubka və donlar bohem stilinin əvəzolunmaz geyimləridir.

Saçaqlı aksesuarlar - Saçaqlı çantalar, jiletlər, çəkmələr bohem stilinin önəmli aksesuarlarıdır.

Kovboy papaqları - İsti havalarda həsir papaqlar bu stildə tez-tez istifadə edilir.

Aksessuarlar - Üst-üstə taxılan toxunma bilərziklər, quş tükləri, təbii daşlar və taxta muncuqlardan hazırlanan aksesuarlar bohem tərzini bildirir.

Bohem çəkmələr - Taxta dabanlı zamşa parçadan tikilən adətən qəhvəyi tonlarda olan bu çəkmələrin üzərində dəri parçalar da əlavə olunur.

Enli balaq şalvarlar - Bohem stilində geyinən birinin qarderobunda 70-ci illərin dəbi olan enli balaqlı, rahat şalvarlar yer alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31