Ana əlil qızı üçün Nazirlikdən kömək istəyir: “Müraciət etsə, köməklik olunacaq”- Dövlət Məşğulluq Xidməti
11 Mart 2020 14:19 SosialBakı şəhəri, Nizami rayonu, "NZS" qəzəbəsi, Yavər Səfərov küçəsi 32, ev 2 yaşayan Məmmədova Fatimə Telman qızı mediaya müraciət edib..
Fatimə Məmmədova yazır ki, qızı-1998-ci ildə Bakı şəhərində anadan olmuş Abasova Əfsanə Elşən qızı ağır xəstədir:
"2005-ci ildən Uşaq Nevroloji Dispanserində qeydiyyatdadır. Əfsanə travma və beyin sıxıntısı ilə doğulub. Xəstəlik diaqnozu Oligofreniyadır. Qızımın nitq və danışıq pozuntusu var, ona orta dərəcəli kəmağıllıq diaqnozu qoyulub. 15 yaşında epilepsiyası tutduğundan evdə yıxılıb və üzü elektrik sobasına yapışıb. Sifətində 3-cü dərəcəli yanıq var. Onun əməliyyatına 2 min manat vəsati tələb olunur. Bundan başqa 15 yaşında "Oksigen" klinikasında qalxanvari vəzin şişindən (zob) əməliyyat olunub. Bu günə qədər L-trioksin dərmanı qəbul edir".
F.Məmmədova bildirib ki, xəstə qızı evdə tək qoyub işə gedə bilmir, buna görə də işdən çıxıb:
"Evdə tək qala bilmədiyi üçün mən işləyə bilmirəm. Dolanışığımız çətindir. İşləyə bilmədiyim üçün qızımın əməliyyatına lazım olan vəsaiti toplamaqda çətinlik çəkirəm. Mart ayının sonunda qızımı nervpotoloqun qəbuluna aparmalıyam. Ancaq buna imkanım yoxdu. Xahiş edirəm, qızımın müalicəsinə yardım göstərəsiniz".
F.Məmmədova Əfsanənin 18 yaşına qədər sadə pensiya aldığını, 18 yaşı tamam olandan sonra ona II qrup əlillik dərəcəsi verildiyini vurğulayıb. F.Məmmədova qızının istedadlı olduğunu, toxuculuğa maraq göstərdiyini bildirib:
"Əfsanənin əl qabiliyyəti, toxuculuğa marağı var. Rəngli saplardan müxtəlif geyim əşyaları: əlcək, corab, şərf və s. toxuya bilir. Aidiyyəti dövlət qurumlarından xahiş edirəm ki, Əfsanənin əl işlərinin sərgisini keçirməyə, satışını təşkil etməyə yardımçı olsunlar".
Məsələ ilə bağlı Dövlət Məşğulluq Xidməti ilə əlaqə saxladıq. Qurumun qəbul otağından Qədir Hüseynov Cebhe.info-ya açıqlamasında bildirib ki, Fatimə xanım Nizami rayon Məşğulluq Mərkəzinə müraciət etməlidir, orada lazımi köməklik göstəriləcək:
"Ailə dəvət etsin, qurumdan gəlib onların evlərində baxış keçirsinlər. Orada müxtəlif proqramlar var bu sahə ilə bağlı, ola bilsin ki, xanımın əl işlərini dəyərləndirmək mümkün olsun".

Nizami rayon Məşğulluq Mərkəzindən verilən açıqlamada isə Əfsanə Abbasovanın onlara müraciət etməsi tövsüyyə olunub. Həmçinin xanımın bu müraciətdən sonra avadanlıqlarla təmin olunacağı da deyilib.
Qeyd edək ki, qızını müalicə etdirmək istəyən anaya yardım etmək istəyənlər bu telefon nömrəsinə zəng edə bilərlər:
(+994 55) 230 99 61

