SON DƏQİQƏ: Lider TV bağlandı
11 Mart 2020 06:44 SosialLider Televiziyası fəaliyyətini dayandırıb.
Bu barədə məlumatı Lider TV-nin bir neçə əməkdaşı Axar.az-a təsdiqləyib.
Onlar bildiriblər ki. bu gün iş gününün sonunda onlara sabahdan işə gəlməməklə bağlı xəbərdarlıq edilib. Kanal əməkdaşlarına bildirilib ki, bəlli səbəbdən Lider TV bundan sonra fəaliyyətini davam etdirmək imkanında deyil.
Qeyd edək ki, artıq bir müddətdir Lider TV-nin maddi baxımdan çətinlik çəkdiyi haqda mediada çoxsaylı məlumatlar gedirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31