Nardaran sakini silahı polosə könüllü təhvil verib

Nardaran sakini silahı polosə könüllü təhvil verib

Nardaran qəsəbə sakini nömrəsi silinmiş tüfəngi könüllü olaraq təhvil verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini S.Hüseynov müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "İJ-16" markalı tüfəngi könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə təhvil vermişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31