DGK bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

DGK bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri martın 23-dən etibarən gücləndirilmiş iş rejimində 7/24 fəaliyyət göstərəcək. Komitədən "Olaylar"a bildirilib ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər. Xarici ticarət iştirakçılarına hökumət ödəniş portalının xidmətindən istifadə etməklə, 7/24 fəaliyyət göstərən müvəkkil banklar və "Paşa Bank" pos-terminalları vasitəsilə ödənilməli olan vergi və rüsumların vaxtında dövlət büdcəsinə köçürülməsi tövsiyə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31