Səyyar ASAN xidmət davam edir

Səyyar ASAN xidmət 4 – 18 mart Binəqədi rayonunun Binəqədi qəsəbəsi, Hacıqabul, Ağstafa, Xırdalan, Siyəzən, Cəlilabad rayonunun Göytəpə şəhəri, Naftalan, Ucar, Tovuz rayonunun Qovlar şəhəri, Balakən və Saatlıda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar ASAN xidmət 4 - 18 mart Binəqədi rayonunun Binəqədi qəsəbəsi, Hacıqabul, Ağstafa, Xırdalan, Siyəzən, Cəlilabad rayonunun Göytəpə şəhəri, Naftalan, Ucar, Tovuz rayonunun Qovlar şəhəri, Balakən və Saatlıda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Olaylar.az bildirir ki, səyyar şəkildə göstərilən xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunan xidmətlər aiddir.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31