Sevinc prodüserini seksual zorakılığına görə məhkəməyə verib
Sevinc prodüserini seksual zorakılığına görə məhkəməyə verib
10 Mart 2020 14:45 SosialAzərbaycanlı müğənni Sevinc Ağaşirinova Türkiyədə beş aydır prodüseri olan Levent M-dən şikayətçi olub.
Bu barədə "Sabah" qəzeti məlumat yayıb. Qeyd olunub ki, sənətçi seksual zorakılığa məruz qalıb.
"Prodüserimin məndən xoşu gəlirdi. Təklifini qəbul etmədim, seksual zorakılığa və şantaja məruz qaldım",- deyə Sevinc bildirib.
Levent M. isə müğənni ilə evlənmək barədə düşündüyünü, maliyyə mövzusunda sıxıntıları olduğu üçün Ağaşirinovanın ondan ayrıldığını bildirib.
Prodüser haqqından şantaj və seksual zorakılıq ittihamı ilə cinayət işi açılıb.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31