Əxlaqsızlığın pik nöqtəsi -Züleyxa Nadir yazır

Züleyxa NADİR

Əxlaqsızlıq təkcə o deyil ki, ərinə, yaxud da  arvadına xəyanət edəsən, sənə aid olmayanların yatağından keçəsən. Əxlaqsızlıq daha çox insanın danışığanda, oturuşunda-duruşunda, ətrafındakılara qarşı davranışında, mənəviyyatında öz əksini tapır. Əgər insan özünün hərəkətləri ilə çevrəsində ikrah yaradırsa, bu əxlaqsızlıqdı. Kimsə cəmiyyətdə xoşagəlməz, nifrət doğuracaq hərəkətlər sərgiləyirsə, bu əxlaqsızlıqdı. Rüşvət almaq, başqasının haqqını yemək, ətrafındakılara ziyan vuracaq dərəcədə yalan danışmaq, oğuluq etmək, abırsızlıq sərgiləmək,  həyasızlıq etmək və s. bu kimi nəsnələr əxlaqsızlıqdı.

Bütün bu sadaladıqlarımla zaman-zaman hər kəs az və ya  çox dərəcədə üz-üzə gəlib. Amma son bir-iki gündə sosial medianı zəbt edən fotodakı qadınların davranışı əxlaqsızlığın pik nöqtəsidi.  Olduqca iyrənc və ürəkbulandırıcı məzmun daşıyan həmin fotodakı qadınlar özlərini feminist adlandıraraq küşələrə çıxıb əllərindəki  plakatla insanların diqqətini cəlb etməyə çalışıblar. Aydın görünür ki, "istədiyim əxlaqsızlığı edərəm, kimə nə?" fikri təkcə başlarının üstünə qaldırdıqları plakatda deyil, onların xarakterində, mənəviyyatında, ailədəki və cəmiyyətdəki davranışlarında da əks olunub.

Qadın cinsinə aid olan həmin sürü Azərbaycan cəmiyyətinə düşən yad cisimdi, daha doğrusu irinli bir yaradı. Özlərini feminist adlandıran həmin qadınların  bu davranışı əxlaqlarının naqisliyindən xəbər verir. Ey guya azadlıq istəyənlər, siz  "istədiyim yerimi verərəm, sataram..." kimi davranışınızı evinizdə, ailənizdə nümayiş etdirə bilərsiniz.  Bu "azadlığınızı" evinizin içində göstərə bilərsiniz.  Cəmiyyətdə isə bunu nümayişkaranə surətdə sərgiləmək haqqını kimsə sizə verməyib. Hardan almısınız bu haqqı? Atanızdan, yoxsa qardaşınızdan, bəlkə ərinizdən?

Feminizm bu, deyil. Feminizmin nə olduğunu, necə yarandığını izah etməyə gərək yoxdu. Zatən bu termin Azərbaycan cəmiyyətinə son 10-15 ildə daxil olan bir nəsnədi. Əslində bu hərəkatın kökündə qərbli əxlaqı dayanır. Vaxtilə avropalı varlılar əxlaqsızlığı daha aşkar etmək üçün belə bir ideya irəli sürüblər.  Bu gün belə bir  məsələnin Azərbaycanda "iri addımlarla" irəliləməsi faciədi,  gənclərin uçuruma yuvarlanmasıdı. Yaşlı nəsil bu terminin içində ehtiva olunanları qəbul etməyə çətinlik çəkir. Sovet tərbiyəsi almış həmin nəsil  Azərbaycan qadınına xas olan ən gözəl dəyərləri özlərinin  mənəviyyatına hopdurublar. Onlar üçün qadın şərəfi, qadın qüruru, qadın əxlaqı intim məsələlərlə  gündəmə gəlmək deyil, mənəvi zənginliyi ilə nümunə olmaqdı. Gənc  nəsil isə hələ də feminizmin nə olduğunu, necə yarandığını, harda meydana gəldiyini, məqsədini, məramını  doğru-dürüst anlamır. Yəni bu gün yaşlı nəsillə gənc nəsilin əxlaqı bir tərəzidə ölçülmür. Hərəsinin öz mizan-tərəzisi var. Guya azadlıq tələb edən  bu "feministlər" mizan-tərəzini əxlaqsızcasına əyiblər.

Bütün hallarda bura Azərbaycandı, millət olaraq İslam dininin daşıyıcılarıyıq. Azərbaycan qadını dünən də, bu gün də mənən azad olub. Əxlaqı heç bir zaman buxova alınmayıb. Onun azadlığının  və əxlaqının təminatçısı öncə  doğulduğu ailə, tərbiyə aldığı valideynləri, sonra isə yaşadığı cəmiyyətlə ölçülüb. Azərbaycan qadını heç vaxt küçələrə çıxıb başının  üstündə intim sözlər, əxlaqsız ifadələr yazılmış plakat tutmayıb. Azərbaycan  qadını hər zaman özünün xanımlıq qüruru və analıq şərəfi ilə nümunə olub. Azərbaycan qadını "feminizm" deyilən nəsnəyə heç vaxt aludə olmayıb. Bu nəsnə onun qadınlıq vəzifəsinə, analıq duyğusuna bərabər tutulmayıb. "Qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat" adlanan feminizm Azərbaycan qadınına bu gün lazım deyil. Bu gün Azərbaycan qadını azaddı, hüquqlarını çox  gözəl bilir, özünü, ailəsini qorumağı bacarır.

Martın 8-də aksiya keçirən "feministlərin"  fotolarına baxanda adam fikirləşir ki, bunlar bəlkə də Azərbaycan ailələrində doğulub tərbiyə almayıblar. Çünki bu,  tərbiyəsizliyi, iyrəncliyi və əxlaqsızlığı özündə əks etdirən bir davranışdı. Bir facebook istifadəçisi yazmışdı ki, həmin qadınların 90 faizinin əxlaqsız olduğunu bilir, çünki onları yaxından tanıyır. Başqa bir istifadəçi isə bu fikri yazmışdı: " Sovetler vaxtı hansı kitabda adi  "keciməməsi" sözünə rast gələndə qulaqlarıma kimi qızarardım və tez kitabı örtüb ora-bura baxardım ki, birdən kimsə görər, biabır olaram. İndi özünə "feminist," adı yamayıb kücələrə cıxan bir sürü şortunun səsləndirdiyi şüarları görəndə fikirləşirəm ki, görəsən biz hansı fironun lənətinə tuş gəldik"?

Bu və bu kimi fikirlərlə dolu yazı sosial mediada istənilən qədərdi. Heç kim həmin "feministləri" dəstəkləmir, hərəkətlərinə haqq vermir. Çünki sərgilədikləri etiraz Azərbaycan qadınına yaraşmayan hərəkətdi. Onların bu davranışı Azərbaycan kişisinə təhqirdi, Azərbaycan dövlətinə atılan çirkabdı. Bu qadınlar cəmiyyət üçün koronavirusdan da təhlükəlidir. Onları da "dezinfeksiya" etmək lazımdı.

Ki... ətrafa yayılıb başqalarını yoluxdurmasın.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31