Zavoddan 20 min manatlıq fındıq ləpəsi oğurlanıb

Zavoddan 20 min manatlıq fındıq ləpəsi oğurlanıb

Zaqatala rayonu ərazisindəki zavodların birindən fındıq ləpəsi oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki zavodların birindən 20.000 manat dəyərində fındıq ləpəsi oğurlamaqda şübhəli bilinən Kebeloba kənd sakinləri M.Tahirov saxlanılmış, daha 2 nəfərin isə şəxsiyyətləri müəyyən edilmişdir.   Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31