Ödənişli ictimai işlərə cəlb olunmuş şəxslər barədə məlumatlar hər ay yenilənəcək
Ödənişli ictimai işlərə cəlb olunmuş şəxslər barədə məlumatlar hər ay yenilənəcək
10 Mart 2020 12:46 SosialHaqqı ödənilən ictimai işlər proqramına cəlb olunan şəxslərin işə davamiyyətinin ciddi şəkildə yoxlanılması üçün 2020-ci ildə respublika üzrə mütəmadi monitorinqlər aparılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a verilən məlumata görə, ödənişli ictimai işlərə cəlb olunmuş şəxslər barədə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatlar hər ay yenilənəcək. İctimaiyyətin məlumatlanması və ictimai işlər sahəsində ictimai nəzarətə fəal şəkildə cəlb olunması üçün yenilənmiş həmin siyahılar barədə KİV-ə mütəmadi məlumatlar veriləcək. Medianın bu sahəyə diqqətinin artırılması üçün ictimai işlər təşkil olunan ərazilərə mediaturların təşkili, yoxlamaların səmərəli təşkili üçün ictimai işçilərin iş yerlərinin dislokasiyasının müəyyən edilməsi, ictimai işçilərin əmək şəraitinin təhlükəsizliyinin yoxlanması, monitorinqlər zamanı onlarla əyani söhbətlər aparılmaqla hüquqları barədə maarifləndirilməsi də təmin olunacaq. Tədbirlər Planında monitorinqlər zamanı aşkar olunmuş pozuntularla bağlı tədbirlərin görülməsi və həmin pozuntuların aradan qaldırılması üçün monitorinqlərin nəticələrinin aidiyyəti orqanlara təqdim edilməsi, aşkar olunan qanun pozuntuları ilə bağlı məsuliyyət tədbirlərinin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunması və s. kimi tədbirlər də yer alıb.