Azərbaycanda 20.681 qadın 8 martda ad günün qeyd edir

Azərbaycanda 20.681 qadın 8 martda ad günün qeyd edir

8 mart dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da Qadınlar günü kimi qeyd olunur. "Olaylar" xəbər verir ki, Ədliyyə Nazirliyi tərəfindən bu əlamətdar günlə bağlı ictimaiyyət üçün maraq kəsb edən 8 mart tarixində doğulan qadınların sayı təqdim olunub. Bildirilib ki, hazırda ölkəmizdə həmin tarixdə doğulmuş 20.681 qadın var. Onlardan 18 yaşına çatmayanların sayı 5.305, gənclərin (14 yaşdan 29 yaşadək) sayı isə 6.966 nəfərdir. Yaşı 29-dan yuxarı olan qadınların sayı isə 10.267 nəfərdir. Onlardan 6.292 nəfəri 40 yaşdan, 4.080 nəfəri 50 yaşdan, 1.953 nəfəri 60 yaşdan, 714 nəfəri 70 yaşdan, 331 nəfəri 80 yaşdan, 35 nəfəri isə 90 yaşdan yuxarı olanlardır. Ötən il 8 mart tarixində doğulmuş qadınların sayı isə 169 nəfərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31