Vilayət Eyvazov polis mayorunu rəis təyin etdi
Vilayət Eyvazov polis mayorunu rəis təyin etdi
10 Mart 2020 10:48 SosialDaxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Toğrul Hüseynov Abşeron Rayon Polis İdarəsinin (RPİ) Qobu Polis Bölməsinin (PB) rəisi təyin edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti "Report"a faktı təsdiqləyib. Qeyd edək ki, Qobu PB sabiq Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə yaradılıb. 2019-cu ilin mayın 11-də bölmənin inzibati binasının açılışı olub. T.Hüseynov daha əvvəl Yasamal RPİ-də işləyib.(Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31