Murad Dadaşovun ilk əmri: Tolikin verilişi bağlandı?

Bu gün Xəzər TV-də yayımlanan "Hər şey daxil" proqramında müğənnilər Manaf Ağayev, Mətənat Əsədova və Elza Seyidcahan arasında gərginlik yaşanıb.

Bu gərginlikdən dolayı Xəzər TV-nin yeni baş direktoru Murad Dadaşovun verilişin aparacısı Tarix Əliyevi işdən azad etməsi ilə bağlı mediada xəbərlər yayılıb.

Məsələ ilə bağlı verilişin aparıcısı Tarix Əliyev big.az-a deyib ki, işdən ayrılmayıb:

"Mənə bununla bağlı heç bir xəbərdarlıq edilməyib. İşimin başındayam".

Xatırladaq ki, ötən gün sözügedən kanala xalq artisti Murad Dadaşov rəhbər gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31