Xəstəxanalardan 11 min maska oğurlandı
7 Mart 2020 04:08 SosialKoronavirus yayıldıqdan sonra Fransa xəstəxanalarından 11 min ədəd tibbi maska və 1400-ə yaxın tibbi spirt flakonu oğurlanıb.
Axar.az xəbər verir ki, bu barədə "Fiqaro" nəşri məlumat yayıb.
Belə ki, yalnız "Bicat" xəstəxanasından 2 gün ərzində 2 min cərrahi maskanın yoxa çıxdığı bildirilib.
Marselin "Hopital de La Konsepşn" hospitalında da eyni hal yaşanıb. Burada da 2 min tibbi maskanın oğurlandığı deyilib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bütün tibbi maskaların səhiyyə işçilərinə və sözügedən xəstəlikdən əziyyət çəkənlərə paylanılacağını söyləmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31