Elektrik naqillərini oğurlayan keçmiş məhkumlar tutulublar

Elektrik naqillərini oğurlayan keçmiş məhkumlar tutulublar

Masallı rayonu ərazisindəki evlərin birindən elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də rayon ərazisindəki evlərin birindən 3700 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Səmidxan kənd sakinləri, əvvəllər məhkum olunmuş E.Həsənzadə və E.Zeynalov saxlanılmışlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31