Azərbaycan Milli Kulinariya komandamızın sevilən markalarla birgə növbəti uğuru

Azərbaycan Milli Kulinariya komandamızın sevilən markalarla birgə növbəti uğuru

Bu gün "Trend" İnformasiya Agentliyinin Mətbuat Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamızın Almaniyanın Ştutqart şəhərində İKA - Dünya Kulinariya Olimpiadasında iştirakına həsr edilmiş mətbuat konfransı keçirilib.

Olaylar.az xəbər verir ki, kulinarlar üçün Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov tərəfindən mühazirə verilib.

Yarışlarda iştirak etmiş kulinarlar yeməklərin "Super Sun" yağı ilə bişirilməsi, "Sultan Basmati" düyülərindən və "Bizim Süfrə" souslarından istifadə edilməsinin komandamızın yüksək nəticə göstərməsində mühüm rol oynadığını bildiriblər. Milli kulinariya komandamızın beynəlxalq festivallarda və yarışlarda əldə etdiyi uğurlu nəticələrdə də çox böyük rol oynayan bu markalar hər zaman istehlakçılar tərəfindən də böyük rəğbətlə qarşılanır.

Qeyd edək ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamızın üzvləri iştirak etdikləri tədbir və müsabiqələrdə mütəmadi olaraq "Super Sun" yağı, "Sultan Basmati" düyüləri, "Bizim Süfrə" souslarından istifadə edirlər.

Tahir Əmiraslanov bildirib ki, 2024-cü ildəki çempionata biz də digər ölkələr kimi eyni

zamanda 5-10 komanda və onlarca fərdi yarış iştirakçısı göndərə biləcəyik: "Bunun üçün indidən maliyyə mənbələri tapılmalı, ölkəmiz "Milli restoran" sinfində 2 komanda (peşəkar və gənclər), Regional komanda sinfində 2 komanda (peşəkar və gənclər), ketrinq sinfində 2 komanda (peşəkar və gənclər), fərdi siniflərdə 20-30 iştirakçının qeydiyyatı üçün maliyyə ayrılmalı, treninqlər keçirilməli və maliyyə təminatı tam zəmanətə alınmalıdır. Yalnız bu bizə tam qələbə gətirə bilər. İKA-da iştirak edən komandamızı maddi və mənəvi cəhətdən dəstəklədiklərinə görə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinə, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürlərimizi bildiririk. Ölkədən alıb apardığımız çox yüksək keyfiyyətli "Best Cow", "Super Sun" yağlarına, "Sultan" düyülərinə, xüsusilə hamının, xarici mütəxəssislərin xoşuna gəlmiş "Bizim Süfrə" müxtəlif növ souslarına (nar, acılı, mayonez, ketçup və s. sousları) görə milli istehsalçımız "Azərsun Holding"-ə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinə və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası Baden-Vürtemberq əyalətinin Ştutqart şəhərindəki Konsulluğuna bizi daima diqqət mərkəzində saxladıqlarına görə dərin minnətdarlığımızı bildiririk".

T. Əmiraslanov əlavə edib ki, Xüsusi təşəkkürlərimizi daima yanımızda olan sonuncu İrəvan xanının nəvəsi hörmətli Amirali Sardari İrəvani bəyə, Ştutqartda təhsil alan, bizi tək buraxmayan tələbəmiz Cavid Həsənov və bizə qayğı göstərən yük maşınlarının, taksiləri kiraləməyə kömək edən Ayğana Durusoy xanıma bildirmək istəyirik.

Nigar Orucova

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31