Azərbaycanda GÜCLÜ PARTLAYIŞ: yaralı var
İsmayıllı rayonunda partlayış olub.
6 Mart 2020 13:26 Sosialİsmayıllı rayonunda partlayış olub.
Hadisə rayonun Sumağalı kəndində baş verib.
Kənd sakini, 1952-ci il təvəllüdlü Bayramov İsrayıl Şahverən oğlu yaşadığı evin həyətindəki hamama daxil olaraq isti suyu açmaq istəyib. Həmin an hamamda partlayış baş verib. Partlayış nəticəsində İ.Bayramov müxtəlif bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olan İ.Bayramova ilkin tibbi yardım göstərilib. O, daha sonra Bakıya köçürülüb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31