Borca görə axtarışda olan 19 nəfər saxlanılıb

Borca görə axtarışda olan 19 nəfər saxlanılıb

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də 25 cinayətin üstü açılıb. "Olaylar" xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumatda bildirilir ki, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Hədə-qorxu ilə tələb etmə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 1, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması tədbirlərlə təmin olunub. Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 19 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31