Nəsimi rayonunda Qadınlar günü qeyd olunub

Nəsimi rayonunda Qadınlar günü qeyd olunub

8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilib. "Olaylar" xəbər verir ki, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm  təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan,  şəhid ailələrini təmsil edən qadınların  iştirakı ilə keçirilən bayram tədbirini Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  açaraq iştirakçıları  bayram münasibəti ilə təbrik edərək, 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verdi və bildirdi ki, 1911-ci ildə Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmiş bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ-də qeyri-iş günü və dövlət səviyyəli bayram elan olunmuşdur. Bu gün bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur.

Ümummilli liderimiz dahi Heydər Əliyev qadınlarımız barədə "...Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm"  demişdir. Ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Bu gün  Azərbaycan Respublikasının  Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.

Böyük Vətən müharibəsi illərində qadınlarımız kişilərlə bərabər böyük qəhrəmanlıq və fədakarlıq göstərərək qələbənin əldə olunmasında böyük əmək, qüvvə və bacarıq sərf etmişlər. Müstəqilliyimizin ilk illərində Qarabağ döyüşlərinin ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızla fəxr edirik. Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir. 1998-ci ildə Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31