"Toyda mənə yaxınlaşıb yanımdakı müğənninin nömrəsini istəyirlər"

"Toyda mənə yaxınlaşıb yanımdakı müğənninin nömrəsini istəyirlər"

Müğənni Rəvan Qarayev bu gün qatıldığı "Hər şey daxil" verilişində maraqlı faktın üstünü açıb.

Müğənnin toyda başına gələn hadisəni danışıb.

O deyib: "Toyda xanım müğənni var idi, bir kişi yaxınlaşıb onun məndən nömrəsini istəyib. Demişəm ki, mən heç onu tanımıram. Ən asan variant odur ki, deyirəm mən də bu qadını indi gördüm. Elə toy sahibi var ki, tapşırır ki, xanım müğənni açıq geyinməsin@.

Qeyd edək ki, xanəndə Sevinc Sarıyevanın verilişlərin birində dediyi sözlər qalmaqala səbəb olub. Onun "Kişi müğənnilər yanlarında apardıqları qadın müğənniləri satırlar" sözləri birmənalı qarşılanmayıb. 

azxeber.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31