Sumqayıtda qadınların işgüzar inkişafı təlimləri start götürüb

Sumqayıtda qadınların işgüzar inkişafı təlimləri start götürüb

Sumqayıt Gənclər Evində ASAN Könüllüləri və Coca-Cola Fondunun birgə təşkilatçılığı ilə ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM - W layihəsinin təlimləri start götürüb.

Olaylar.az bildirir ki, qadınların işgüzar inkişaf platforması olan AIM - W layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.

Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, AIM-W 2019-2020-ci illər üzrə fəaliyyətini "Turizmdə qadınlar" mövzusu üzrə icra edir.

Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edir.

Sumqayıt şəhər Gənclər Evində baş tutan açılış mərasimində çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli təəssüratlarını bölüşüb.

Sumqayıt regional "ASAN xidmət" mərkəzinin direktoru Kəmalə Rəhimova çıxışında layihənin əhəmiyyəti və bu fəaliyyətlərin Sumqayıt qadınlarının inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Layihəyə dəvət olunan beynəlxalq təlimçi İşıl Keskin Şahan da Sumqayıt təliminin ilk günündən danışıb.

Layihə Sumqayıtla yanaşı, Gəncə, Quba, Mingəçevir, Şamaxı və Şəki iqtisadi zonlarını da əhatə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31