“Bölüşərək zənginləşək" şüarı altında ixtisasartırma kurslarının 2-ci mərhələsinə start verilir

“Bölüşərək zənginləşək" şüarı altında ixtisasartırma kurslarının 2-ci mərhələsinə start verilir

Mədəniyyət sahəsi üzrə yeni tədris modullu ixtisasartırma kursları davam edir. Olaylar.az bildirir ki, bu mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin yüksəldilməsi ölkəmizdə reallaşdırılan mədəniyyət siyasətinin qarşısında duran strateji məqsədlərdən biridir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sistemində aparılan struktur və funksional islahatların məntiqi davamı olaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət işçilərində müasir peşə təfəkkürünün, habelə kreativ səriştələrin formalaşmasına xidmət edən "Bölüşərək zənginləşək" şüarı altında yeni tədris modulları əsasında ixtisasartırma kurslarının növbəti 2-ci  mərhələsinə start verilir.

Növbəti leveldə, əsasən mədəniyyət müəssisələrinin rəhbərləri və digər mədəniyyət işçiləri tətbiqi biliklərlə yanaşı, bacarıq və kreativ peşə səriştələri əldə edəcəklər. Yeni tədris modullu ixtisasartırma kurslarının, ustad dərslərinin və səyyar təlimlərinin növbəti mərhələsi ölkəmizin müxtəlif regionlarda, həmçinin Ağstafa, Kürdəmir, Ağdaş, Sabirabad rayonlarında təşkil olunacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31