Avtoqəzada 1 nəfər ölüb, 2-si yaralanıb
5 Mart 2020 14:37 SosialMartın 5-də saat 2 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində M.Nəsibovun idarə etdiyi "VAZ-21014" və N.Şirinovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. DİN-dən "Olaylar"a verilən məlumata görə, nəticədə M.Nəsibovun sərnişinlərindən Elnur Xammədli hadisə yerində ölmüş, 2 sərnişin xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31