Bakıda 2 evi qarət edən şəxs yaxalanıb
Bakıda 2 evi qarət edən şəxs yaxalanıb
5 Mart 2020 14:33 SosialNəsimi rayonu ərazisindəki evlərdən oğurluq etmiş şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 400 manat və 1500 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Mikayılov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31