Avtovağzalda pulqabı oğurlayan şəxs saxlanıb
5 Mart 2020 14:30 SosialBeynəlxalq Avtovağzal kompleksinin ərazisində yerləşən mağazaların birində oğurluq hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də Beynəlxalq Avtovağzal kompleksinin ərazisində yerləşən mağazaların birində D.Həyatovun içərisində 1500 manat və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş N.Fərzəliyev saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31