Lənkəranda quldurluqla məşğul olan şəxslər saxlanıblar

Lənkəranda quldurluqla məşğul olan şəxslər saxlanıblar

Lənkəran sakininə qarşı quldurluq edən şəxslər saxlanıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Lənkəran ŞRPŞ-yə müraciət edən Separadi kənd sakini D.İbadova fevralın 20-də saat 3 radələrində evinə girmiş bir nəfərin onu bıçaqla hədələyərək qızıl boyunbağısını və mobil telefonunu aldığını bildirib. Lənkəran ŞRPŞ və Nizami RPİ 23-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri K.İsmayılov və R.Məcidzadə müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31